Cəmiyyət

Beynəlxalq Muğam Mərkəzində Milli Kamera Ansamblının konserti keçirilib - FOTO

22 May 2018 23:57
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və "Mədəniyyət" kanalının birgə təşkilatçılığı ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblının konserti keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında Səid Rüstəmovun "Rəqs" kompozisiyası səslənib.

Konsertdə ifaçıları dirijor Arzu Səlimovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Milli Kamera Ansamblı müşayiət edib.

Gecədə respublikamızın tanınmış ifaçıları Xalq artisti Gülyaz Məmmədova, ifaçılar Səid Rüstəmov, Nicat Cəfərzadə, Rahidə Baxış,Aqil Rzayev, Türkay Məlikova, Könül Məmmədli, Babək Şuşalı,Məmmədəli İbrahimov, Aynur İsgəndərli, Nisbət Sədrəyeva, Xəlil Xəlilov, Mehri Əsədullayeva, Taleh Yəhyayev T.Quliyevin, S. Rüstəmovun, E. İbrahimovanın, E.Sabitoğlunun, F.Əmirovun, R.Mirişlinin, C.Cahangirovun əsərlərini və xalq mahnılarını səsləndiriblər.

Tədbirin sonunda Filalogiya Elmləri doktoru, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Tərlan Quliyev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin musiqiyə diqqət və qayğısı nəticəsində mədəni irsimiz dünyada tanınır və təbliğ olunur. Bu qayğının nəticəsidir ki, kamança ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Konsert musiqisevərlər tərəfində maraqla və alqşıla qarşılanıb.

Qeyd edək ki, mayın 24-də Muğam Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan "Dastan gecələri" layihəsi çərçivəsində "Leyli- Məcnun" dastanı təqdim olunacaq.

Layihənin informasiya dəstəyini Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu, Trend.az, Day.Аz, Milli.Аz həyata keçirir.

Tədbirlərə biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.