Cəmiyyət

Boşanmaq istəyənləri barışdıran vəkil - VİDEO

22 May 2018 21:11
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzlu vəkilin peşəsi ilə bağlı göstərdiyi xidmətlər həm də bir xeyirxahlıq nümunəsidir. Hüquqşünas Mətləb Abbasov ondan boşanmaları üçün hüquqi yardım istəyən ailələrə nəinki köməklik edir, hətta onları barışdıraraq yola salır. Belə ailələrin sayı olduqca çoxdur. Etdiyi diqqətəlayiq işlərə görə isə müştərilərindən heç bir xidməthaqqı qəbul etmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ona boşanma ərizəsi ilə müraciət edən ailələrin əksəriyyəti barışıqla geri dönürlər. Tovuzlu vəkil nümunəvi iş prinsipi ilə diqqət çəkir. 7 ildir hüquq sahəsində çalışan Mətləb Abbasov ondan boşanmaları üçün köməklik istəyən ailələrə fərqli yollar göstərir. Nəticədə tərəflər ayrılmaqdan vaz keçib, yenidən barışır, nikahlarını davam etdirirlər. Belə müştərilərindən vəkil heç bir xidmət haqqı qəbul etmir və bunu insanlıq borcu kimi dəyərləndirir.
Vəkilin belə ailələrə qarşı öz metodları var. O, tərəflərə psixoloq kimi yanaşır, fərdi söhbətlər edir, ailə dəyərlərini əsas gətirməklə onları barışığa dəvət edir. Bu xeyirxah əməli həyata keçirmək üçün hüquqşünas bəzən bir neçə ay vaxt sərf etməli olur.

Mətləb Abbasova təkcə ötən ilin oktyabrından indiyədək 100 belə müraciət olunub ki, həmin ailələrin əksəriyyəti barışıqla evlərinə qayıdıb. Belə ailələrin çoxu isə gənc cütlüklərdir.
Vəkil bu proseslərdə təəccüb doğuran boşanma səbəbləri ilə də rastlaşır. Bəzi hallarda ər və arvad yox, onların valideynləri gənclərin boşanmaları üçün müraciət edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Boşanmaq istəyənləri barışdıran vəkil

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.