Cəmiyyət

Bakıda yeniyetmə məhkumlar heykəltəraşlıq edir - VİDEO

22 May 2018 21:08
0 Şərh     Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar Xidmətin tərbiyyə müəssisəsinin emalatxanasında 6 aydan çoxdur ki, yeniyetmələrə heykəltəraşlıq dərsləri öyrədilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yaşından, törətdiyi əməldən asılı olmayaraq hər kəs bu emalatxanadan istifadə edir və öz düşüncələrini heykəllərin üzərinə köçürür.
Rəssamlıq Akademiyasının və Pentenisar Xidmətin birgə fəaliyyəti nəticəsində yaranan dərnəkdə həftədə iki dəfə heykəltəraşlıq dərsləri keçirilir. Nəticədə isə ortaya maraqlı əl işləri çıxır.
Heykəltaraşlıq dərsi verən Elxan Zeynalov deyir ki, yeniyetmələrin bu işə marağı çox böyükdür. İşlərinə olan həvəs onların yaradıcılığında da özünü göstərir.
Hazırlanan əl işləri heç də ancaq bu emalataxnada qalmayacaq.
Ədliyyə Nazirliyinin məhkumların əməyinin təşkili şöbəsinin inspektoru Natəvan Tahirovanın sözlərinə görə, əl işləri beynəlxalq sərgiyə çıxarılacaq.

Natəvan Tahirova, həmçinin qeyd edib ki, hazırlanan heykəllərin satışa çıxarılması da nəzərdə tutulur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yeniyetmə məhkumlar heykəltəraşlıq edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.