Cəmiyyət

Söküntü zamanı toz-duman yaradanlar cəzalandı - TİKİNTİ ŞİRKƏTLƏRİNƏ XƏBƏRDARLIQ - VİDEO

22 May 2018 21:02
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda söküntü işləri aparan şirkət barəsində sanitar normaları pozduğuna görə akt tərtib olunub və cərimələnməsi üçün məhkəməyə göndərilib. Söküntü işləri zamanı ətrafı toz-duman bürüyüb və yaşıllıqlar zədələnib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət paytaxtda Mirəsədulla Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən qəzalı binaların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı ərazidən gedir.
Aparılan söküntü işləri zamanı ətrafa tozun yayılması həmin ünvanda yaşayan və işləyənlərin narahatlığına səbəb olub.

Elə vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.

Faktlarla bağlı akt və protokol tərtib olunub.

Məsələ ilə bağlı həmin ərazidə tikinti işləri aparan şirkətdən münasibət öyrənmək istəsək də, bu, mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha paytaxtda tikinti işləri aparan şirkətlərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, söküntü və tikinti işləri aparan şirkətlər mütləq sanitar normalara əməl etməlidirlər. Əks halda, qaydaları pozanlar barəsində qanuna müvafiq tədbirlər görüləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Söküntü zamanı toz-duman yaradanlar cəzalandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.