Cəmiyyət

Anası ilə birlikdə öldürülən gənc müəllimənin FOTOsu

22 May 2018 20:20
6 Şərh     Baxış: 8 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonunda Ramin İsgəndərov xüsusi amansızlıqla həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərovanı qətlə yetirib. Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ağdama-öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Günay İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu var. Hadisə onun gözləri qarşısında olub, bu barədə polisə də məhz uşaq xəbər verib.

Əri tərəfindən öldürülən 31 yaşlı qadının fotosunu təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.