Cəmiyyət

Bakının bu küçəsində tozdan nəfəs almaq olmur - VİDEO

21 May 2018 21:09
5 Şərh     Baxış: 2 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının ən əsas yollarından olan Babək prospektində yaşayanlar və iş yeri əraziyə yaxın olanlar toz-torpagın yaratdığı agır ab-havadan əziyyət çəkirlər. İaşə obyektləri isə tozun təsirindən fəaliyyət göstərə bilmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, buna səbəb yolda əsaslı təmir işlərinin aparılması zamanı əraziyə suyun səpilməməsidir. Ərazidə bəzən elə toz olur ki, göz-gözü görmür.
Ərazidə yaşayanların sözlərinə görə, isti olmasına baxamayraq toz səbəbindən evlərinin pəncərələrini aça bilmirlər. Xüsuslə küləkli günlərdə toz daha çox olur. Bu yoldan keçən marşrut avtobuslarında da kondisoner olmasa da toza görə pəncəriləri baglı saxlamaga məcbur olurlar.
Babək prospektinin təmirini həyata keçiriən ''Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin'' sözçüsü Anar Nəcəflinin sözlərinə görə, ərazidə kommunikasiya xətləri çəkildiyindən qazıntı işləri aparılıb və bu da tozun yaranmasına səbəb olur. Problemin aradan qaldırılması üçün iş görülür.
Qeyd edək ümumu uzunlugu 18 kilometr olan ikitərəfli yolda əsaslı təmir işlərinin bu ilin avqust, sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Babək prospektinin toz-torpağı sakinlərə problem olub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.