Cəmiyyət

Yasamal qəbiristanlığında barelyefləri oğurlayanlar yaxalandı - VİDEO

21 May 2018 21:04
1 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamalda məzar daşları üzərindəki barelyefləri oğurlayan şəxslər tutulub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satlıblar. Onların yaşadıqları mənzillərdən oğurladıqları barelyeflərdən bəzilərinin hissələri aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yerləşən qəbiristanlıqdakı daha 20 məzarın üzərində olan barelyefləri də oğurlayıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılanların digər cinayətlərdə iştirakları istisna olunmur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yasamal qəbiristanlığında barelyefləri oğurlayanlar yaxalandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.