Cəmiyyət

Yaylaqlara köç başlayıb: sürülər yollardadır - VİDEO

21 May 2018 21:03
1 Şərh     Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il olduğu kimi bu il də yay mövsümü başladığından çobanlar iri və xırdabuynuzlu heyvanları qışlaqdan yaylağa aparmağa başlayıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, heyvan sürüləri yolların hərəkət hissəsi ilə getdiyinə görə bu proses sürücülərə xeyli çətinlik yaradır.
Artıq İsmayıllı yollarında belə mənzərə müşahidə olunur. Sürücülər deyirlər ki, həm gündüz, həm də gecə saatlarında yolun ortası ilə gedən heyvanlar onlar üçün təhlükə yaradır.
İsmayıllı rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, digər rayonlardan gələnlər də İsmayıllı rayonu ərazisindən keçib, yaylaqlara getdikləri üçün yollarda köç edənlərin çoxluğu nəzərə çarpır.
Yol polisi əməkdaşları da köç zamanı yollarda yaranan problemdən narahatdırlar.
Köç prosesi təxminən 15 gün davam edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yaylaqlara köç başlayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.