Cəmiyyət

Azərbaycanda böyrək və qaraciyər köçürülməsi neçəyə başa gəlir?

21 May 2018 22:25
4 Şərh     Baxış: 3 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən Azərbaycanda son beş ildə ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib.

Ümumi orqan köçürülməsi əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir.

İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir və onun payı 17 faizdir.

Son beş ildə aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyi transplantasiyası tutur.

Böyrək köçürülmüş Sahil Qasımov deyir ki, analizlərlə birgə bu əməliyyat ona 13-14 min manata başa gəlib.

Arif Rüstəmova da böyrək köçürülüb, o isə deyir bu əməliyyat ona tibbi analizlərlə birgə 15-16 min manata başa gəlib.

Azərbaycanda rəsmi olaraq orqan köçürülməsini həyata keçirən Mərkəzi Neftçilər Xəstəxanasında canlıdan-canlıya qaraciyər və böyrəyin köçürülməsi üçün 32 min 500 manat pul tələb olunur.

Bundan başqa cərrahi əməliyyatlardan əvvəl aparılan bəzi labarator müayinələr üçün isə təqribən 4 min 500 manat vəsaitin xərclənməsi xəstəxana tərəfindən bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.