Cəmiyyət

"Son zəng"ə hazırlıq gedir - Restoranlar xüsusi menyu hazırlayıb, fotostudiyalara müraciətlər artıb - QİYMƏTLƏR - VİDEO

20 May 2018 23:39
1 Şərh     Baxış: 3 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Builki məzunlar artıq son zəng hazırlıqlarına başlayıblar. 2017-2018-ci tədris ilinin başa çatmasına bir aydan da az vaxt qalıb.

Milli.Az bildirir ki, 11-ci sinif şagirdləri həmin günü qeyd etmək üçün indidən restoranlarda yer sifariş ediblər. Restoran inzibatçılarının sözlərinə görə, şagird sayı az olduğu üçün onlar üçün kiçik zallar ayrılıb.

Son zənglə əlaqədar şadlıq evləri məzunlar üçün ucuz menyular hazırlayıb. Məsələn, əvvəllər 40-50 manata olan menyulardan bəzi yeməklər çıxarılmaqla indi şagirldərə 25-30 manata təklif edilir.

Bununla yanaşı, restoranlar şagirdlər üçün spirtli içkiləri menyudan çıxarıblar. Məzunların kənardan spirtli içki gətirməsinə də icazə verilməyəcək.

Məzun günü ilə əlaqədar restoranlarda olduğu kimi, fotostudiyalara da tələbat artıb.

Əvvəlki illərdən fərqli olaraq son zamanlar ilin bütün fəsillərində şəkil çəkdirmək dəb olub. Məhz buna görə də məzun fotosessiyasına bir il qabaqcadan başlanılır. Son zəng günü isə ancaq özünün fotosesiyyasını istəyənlər çox olur.

Qeyd edək ki, 2016-cı ildən etibarən məktəblərdə son zəng tədbirləri 14 iyunda keçirilir. Bu il isə həmin tarix Ramazan ayının sonuncu gününə təsadüf etdiyindən əksər məzunlar vaxtı bir neçə gün sonraya keçirirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.