Cəmiyyət

Müəllimdən nümunəvi addım - VİDEO

20 May 2018 23:30
10 Şərh     Baxış: 2 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyun Qazaxlar kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən Qoşqar Qarayev bataqlıq, kol-kos tutmuş ərazini öz əlləri ilə təmizləyərək parka çevirib.

Milli.Az bildirir ki, iki illik zəhmət nəticəsində kənd ərazisinidə mini park meydana gəlib.

Qoşqar Qarayev öz zəhməti hesabına ərazini tam yararlı hala gətirdikdən sonra bura 8 min müxtəlif gül tingləri basdırıb. Həmçinin ərazidə 14 metr hündürlüyü olan bayraq dirəyi quraşdırıb.

Yerli sakinlərin, kəndə gələn qonaqların istirahət məkanına çevrilən mini park pulsuz olaraq fəaliyyət göstərir. Həm yaşlı, həm də gənc nəslin nümayəndələri bu məkana gələrək, güllərin ətirindən, quşların cəh-cəhindən həzz alırlar.

Hətta burada musiqi oxumaqla dincələnləri də görmək olur.

10 sotdan çox ərazini əhatə edən məkanda gələcəkdə kiçik fantanların quraşdırlması nəzərdə tutulur. Kiçik bağda meyvə ağacları da var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Müəllimdən nümunəvi addım

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.