Cəmiyyət

Avtomobilə qarışıq benzin tökən sürücülər ehtiyatlı olun! - VİDEO

19 May 2018 23:57
1 Şərh     Baxış: 3 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən sürücülər avtomobilə Aİ-92 və 95 markalı benzini qarışdıraraq tökür və bunun mühərrikin işləməsinə faydalı olduğunu düşünürlər. Bəzi sürücülər isə hər iki markalı benzinin qarışdıraraq istifadə edilməsinin avtomobilə ziyan vurdugunu bildirirlər.

Milli.Az bildirir ki, avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, müşahidələr göstərib ki,avtomobillərdə benzinin qarışdırılıb tökülməsi nəticəsində əksər hallarda mühərrik hissədə problemlər yaranıb.

Ustanın sözlərinə görə, ümumilikdə yanacağın qarışdırılması əsas yeni istehsal olunan avtomobillərin mühərikinin ömrünü azaldır. Avtomobil mərhələli olaraq dartınma ilə işləyir və qara tüstü xaric edir. Köhnə avtomobillərdə isə bu problem bir neçə ildən sonra oraya çıxır və bunun qarşısının alınmasına da az xərc tələb olunur.

Ustalar istənilən halda tövsiyyə edirlər ki, bütün avtomobillərin yanacaq çəninin qapağında istesahlçı zavod tərəfindən ona uyğun benzinin markası yazılır. Sürücülər buna uyğun yanacaqdan istifadə etməlidirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobilə qarışıq benzin tökən sürücülər ehtiyatlı olun!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.