Cəmiyyət

Bağlanmış bankların müştərilərinə XƏBƏR VAR

19 May 2018 15:45
0 Şərh     Baxış: 2 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyasını təmin edib.

Fonddan Milli.Az-a verilən məlumata görə, ləğv prosesində olan bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında "Əmanətlərin Sığortalanması Fondu" bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.

Ləğv prosesində olan bankların kredit müştəriləri Hökumət Ödəniş Portalının internet resursundan istifadə etməklə, ölkə ərazisində fəaliyyət göstərən bankların 2000-ə yaxın xidmət şəbəkəsində, poçt rabitəsi milli operatorunun 1400-dən çox istənilən ödəniş məntəqəsindən, HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının 1000-dən artıq ödəniş terminalları şəbəkəsindən nağd və ya nağdsız qaydada ödəniş kartları və bank hesabları vasitəsilə kredit borclarının ödənilməsi həyata keçirə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.