Cəmiyyət

“6 yaşlı qızım zəhərləndi” - Uşaqlara paxla verməyin - VİDEO - FOTO

19 May 2018 11:55
13 Şərh     Baxış: 9 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanın parçalanması diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı artıb. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, cənub bölgəsində 4 uşaq qanın parçalanması diaqnozu ilə xəstəxanaya daxil olub. Müayinələr nəticəsində uşaqların paxladan zəhərlənməsi məlum olub.

Ürək bulanma, sarılıq, qarın ağrısı, sidiyin rənginin dəyişməsi əlamətləri müşahidə edilən azyaşlıların qanları təcili olaraq yuyulub, lazımi tədbirlər görülüb. Azyaşlılardan birinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Tofiq Məmmədov - Uşağın atası: "Paxla aşı bişirmişdik, hamımız yedik, uşağın vəziyyəti 1-2 saatdan sonra pisləşdi. Gətirdik xəstəxanaya. Uşağın rəngi saraldı, ürəkbulanma və halsızlıq oldu. Qonşular dedi ki, həkimə aparmaq lazımdır. 3 yaşı var uşağın, ilk dəfə idi paxla yeyirdi". 

Xanbaba Lələyev - Uşağın atası: "Qızım 6 yaşındadır. Çiy paxla yemişdi, zəhərlənmişdi. Üstündən 1 gün keçdi gətirdik. Əvvəllər yeməmişdi. İlk dəfə idi. Qan zad vurdular".

İki gün əvvəl daha iki uşaq eyni diaqnozla xəstəxanaya gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılıb, digəri isə ağır vəziyyətdə Bakıya, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilib. Həkimin dediyinə görə, hər il bu dövrdə favizm diaqnozu ilə 8-10 azyaşlı uşaq xətəxanaya daxil olur.

Zaur Kərimli - Həkim: "Qanda güclü parçalanma getdiyi üçün qaraciyərdə xüs ferment var, onun çatışmazlığı nəticəsində daha çox müşahidə olunur. Paxlanın tərkibində xüsusi zülallar var ki, qanı parçalama xüsusiyyətinə malikdir. Ona görə də belə hallar tez-tez müşahidə olunur". 

Cənub bölgəsində paxla bitkisi həyətyanı təsərüfatlarda yetişdirilir və əsasən yerli bazarlara çıxarılır. 

Cümşüd Cavadov - Satıcı: "5 kilosunu 1 manat alan yoxdur. Deyirlər, uşaqlar zəhərlənərlər. Bundan başı çıxan almır".   

Şəbnəm Babazadə - Lənkəran sakini: "Uşağa bir az ağır olduğu üçün paxla vermirəm, çünki qorxuram".

Həkimlər xəbərdarlıq edir ki, 5 yaşına qədər uşaqlara qətiyyən paxla vermək olmaz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"6 yaşlı qızım zəhərləndi" - Uşaqlara paxla verməyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.