Cəmiyyət

Oğlundan mərhum nazirin villasının sökülməsinə REAKSİYA

18 May 2018 20:33
3 Şərh     Baxış: 22 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün mətbuatda mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək yerində otel tikilməsi ilə bağlı məlumat yaymışdı.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, N.Əliyevin oğu Fərhad Əliyev yayılan məlumatlardan böyük təəssüf hissi keçirdiyini bidirib.

O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək orada anasının yaşadığını söyləyib.

Lakin F.Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.

Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.