Cəmiyyət

10-15 manata görə həyatını təhlükəyə atan sürücülər - VİDEO - FOTO

18 May 2018 13:36
4 Şərh     Baxış: 3 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin birinci rübündə 162 insan həyatını avtomobil qəzasında itirib. Respublika ərazisində baş verən 376 yol nəqliyyat hadisəsi nəticəsində 343 nəfər xəsarət alıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Azərbaycanda qəzaların yaranma səbəblərində biri də avtomobillərin üzərinə quraşdırılan köhnə şinlərdi.

Əjdər Əliyev - Satıcı: "İşlənmiş təkərə üstünlük verirlər ki, ucuzdu. Ama biz onların özlərinə də deyirik ki, işlənmiş təkərə siz fikir verməyin. Cəmisi 10-15 manat arasında fərq var onun. Ona görə də həyatınızı təhlükəyə atmaq lazım deyil".

Satıcıların fikrincə, təzə şinlərin baha olması sürücüləri köhnə şinlərdən istifadə etməyə vadar edir.

Akif Niftəliyev - Sürücü: "Özüm də çox işlətmişəm o təkərlərdən. Ama keyfiyyətli deyil. 1 həftə, 10 gün gedirdi. Köhnə təkərlərin işlənməsi böyük faciəyə gətirib çıxarır. Sərnişinə, maşına, piyadaya, təhlükə yarada bilər".

Mübariz Hüseynov - Satıcı: "Baha olduğuna görə az alınır. Yəni hardasa belə deyək 100 manatdan yuxarı olur. Elə bil ki, 50% düşüb alıcılıq qabilliyəti".

Təkər təmirçiləri də deyir ki, xüsusilə isti havalarda bu cür köhnə şinlərin təmiri üçün müraciət edən müştərilər çox olur.

Rasim Əmirov - Təkər təmirçisi: "Sroku getmiş təkər olur. Məcburdu ki, artırsın, yamaq vursun. Odur ki, keyfiyyəti qalmır. İsti havalarda da təkər dözmür". 

Əslində isə köhnə şinlərdən istifadə məsləhət görülmür. Çünki belə şinlər sürücülər və sərnişinlərin həyatı üçün təhlükəlidir. Avtomobillərdə təzə şinlərdən istifadə olunmalıdır. Dövlət yol polisi əməkdaşları köhnə şinlərdən istifadənin qəzalara gətirib çıxartdığını deyirlər.  

Zamiq Ağayev - Baş inspektor: "Elə təkərlər var ki, istismar müddəti başa çatmış olur. Həmin təkərlər nəticəsində yol nəqliyyat hadisələri baş verir. Avtomobildə şinlər əgər normativ tələblərə uyğun deyilsə, sürücülər qanunla məsulliyyətə cəlb olunmalıdır. Barələrində inzibati protokollar tərtib olunmalıdır. Reydlər zamanı belə hallar aşkarlanarsa, barəsində tədbirlər görülür". 

İstismar müddətini başa vuran şinlərdən istifadəyə görə 50 manat cərimə də nəzərdə tutulur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

10-15 manata görə həyatını təhlükəyə atan sürücülər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.