Cəmiyyət

Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən bu biabırçılıqdan danışır - VİDEO

17 May 2018 21:17
7 Şərh     Baxış: 5 008

Bakıda qəbirstandan oğurluq edilib. Naməlum şəxs və ya şəxslər bahalı materialdan olan başdaşlarındakı heykəlləri oğurlayıblar. Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbristanında baş verib.

Bir gecədə iki qəbiristan qarət edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbiristanında baş verib. Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Məlum olub ki, bu, qəbiristanda ilk hadisə olmayıb. Orda digər məzarlara da hörmətsizlik edilib.

Qeyd edək ki, cinayətkarlar Nadir Əliyevin və İsgəndər Cəfərovun mərmərdən olan heykəllərini kəsib oğurlayıblar. Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır. Ərazidə çəkiliş apardığımız zaman müəyyən etdik ki, qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Qəbiristanda təmizlik işləri ilə məşğul olan qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa sökərək oğurlayırlar.

Belə hadisələrin baş verməsini məzarlığın işçiləri ilə yanaşı, şəhər sakinləri də pisləyirlər.

Baş verən hadisə qəbiristanın təhlükəsizliyini də gündəmə gətirir. Qəbiristanın nəzarətçisini tapa bilməsək də, təmizlik işçiləri bildirdilər ki, onların iş vaxtı səhər saat 8-dən axşam saat 6-ya qədərdir. Onlar bu müddət ərzində qəbiristanda gəzib nəzarət edirlər. Ehtimal edilir ki, bu çirkin əməllər gecə saatlarında törədilir. Hər halda fakt polis tərəfindən araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən bu biabırçılıqdan danışır

Şərh yaz:

7 Şərh:

  • Anonim
    QQ- · 17 May 21:2711

    Bir bu qalmışdı .Ölmürlər də.Əlac yalnız kamera quraşdırmaqdır .

    Cavab yaz
  • Anonim
    Əsranur · 17 May 21:4352

    Cəfər indi harda dayanıb görəsən?Bundan sonra Cəfərin çiyninə kamera qoşub,dayandırsınlar orda.

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 18 May 01:1700

    Yaxşı edib,oğurlayıblar....Fəxri xiyaban doludur bahalı materialla,bir ora da baş çəksinlər...

    Cavab yaz
  • Anonim
    S · 18 May 07:2800

    Tamahkar haram yeyen vicdani ve s olmayan insanlardan pis emeller olur

    Cavab yaz
  • Anonim
    V · 18 May 09:4000

    Yaxshi ediblər.

    Cavab yaz
  • Anonim
    V · 18 May 09:4100

    Yaxşı ediblər.nə bash dashi nə heykəl.xuravat.cahillik

    Cavab yaz
  • Anonim
    Farid · 18 May 09:4100

    Azərbaycanda hər kəs bu haqda necə danışa bilər ki, mən o haqda danışmamışam.:))))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.