Cəmiyyət

DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi - VİDEO

17 May 2018 21:16
0 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yayda ikinci dəfə qəbul imtahanında iştirak edəcək abituriyentlər ixtisas qruplarını dəyişə bilərlər". BunuDövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. O, həmçinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul məsələsinə də münasibət bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məleykə Abbaszadə Təhsil Nazirliynin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbərt rəy verdiklərini də deyib. Ancaq bu il ali məktəblərə müsabiqədənkənar qəbul hazırkı qanunvericiliyə uyğun aparılacaq.

Dövlət İmtahan Mərkəzinin sədri bu ilin qəbul planına əsasən bakalavriat səviyyəsi üzrə təxminən 45 mindən çox yerin ayrıldığını bildirib. Onun sözlərinə görə, qəbul planı ötən illə müqaisədə 2303 yer artıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DİM Təhsil Nazirliyinin təklifinə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.