Cəmiyyət

Bakı-Quba yolu yenidən qurulur - VİDEO

17 May 2018 21:12
0 Şərh     Baxış: 865

Bakı-Quba yolunun 45-ci kilometrliyindən başlayaraq nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub. Artıq yolun bir hissəsi ilə hərəkət etmək mümkündür. Buna səbəb isə yolda yenidənqurma işlərinin aparılmasıdır.

Avtomobillər yalnız yolun bir hissəsi ilə hərəkət edir, digər hissədə isə yenidənqurma işləri aparılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindəndir. Yolun bu hissəsində tikinti işlərinə başlanıldığından nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Yenidən qurulacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçidlərin, suötürücü boruların, işıqlandırma vasitələrinin, beton çəpərlərin və bordürlərin quraşdırılması nəzərdə tutulur. Həmçinin, heyvanlar üçün yolaltı keçidlər tikiləcək və səsboğucu qurğular quraşdırılacaq.

Yeni inşa edilən yol hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonunun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 kilometr uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 157 kilometr təşkil edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Quba yolu yenidən qurulur

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.