Cəmiyyət

Bir dəfə namaz qılmaq günahdırmı?

21 May 2018 23:50
0 Şərh     Baxış: 3 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namaz qılmaq savabı ən çox olan əməllərdəndir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı əməl olduğunu soruşan səhabəyə buyurmuşdur: "Vaxtında (vaxtının başlanğıcında) qılınan namazdır". (əl-Buxari, "Məvaqit", 162). Bir dəfə də olsa namaz qılmaq sizi Allaha yaxınlaşdırır. "Mən bir səhabənin Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etdiyini eşitdim: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim". (İmam Əhməd, 15360, 15967, 16346; "Səhihul-Camius-Sağir", №: 4340; "Silsilətul-Əhadisis-Sahihə", №: 2287).
Milli.Az zikr.az-a istinadən bildirir ki, amma heç namaz qılmamaq və ya qılıb sonra tərk etmək isə, ən böyük günahlardandır. Ona görə də, namaz qılmağı öyrənərək tezliklə davamlı şəkildə qılmağa başlayın. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
"Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar - günahkarlar barəsində. Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 40-43).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.