Cəmiyyət

İmam Əli o savaşda iştirak etməmişdi?

21 May 2018 23:45
3 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Muhəmməd Peyğəmbərin (s) sağlığında baş vermiş hansı yeganə savaşda İmam Əli (ə) o həzrətlə birlikdə iştirak etməmişdir?

Həzrət Əli (ə) İslam uğrunda baş vermiş və Peyğəmbərin (s) şəxsən qatıldığı bütün savaşlarda o həzrəti müşayiət etmiş və böyük şücaətlər göstərmişdi. Yalnız bircə yürüşdə - Təbuk qəzvəsində İmam Əli (ə) iştirak etməmiş və Peyğəmbərin (s) əmri ilə Mədinədə qalmışdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, Muhəmməd Peyğəmbər (s) qoşunla Mədinəni yenicə tərk etmişdi ki, şəhərdə qalan münafiqlər belə bir şayiə yaydılar ki, guya Əli (ə) yolun uzaqlığından qorxuya düşüb müharibəyə getməkdən imtina etmiş və Mədinədə qalmışdır. İmam Əli (ə) bu şayiələrə son qoymaq niyyətilə təcili Mədinədən çıxıb, hələ yolda olan Peyğəmbərin hüzuruna getdi və əhvalatı Ona söylədi. Peyğəmbər Əlini (ə) sakitləşdirdi, deyilən sözlərin böhtan olduğunu təsdiqlədi və buyurdu: "Ey Əli! Mənim üçün sən, Musa üçün Harun kimisən. Bircə fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcək!" Bu hədis "mənzilət hədisi" kimi məşhurdur və İmam Əlinin (ə) fəzilətini göstərən ən mühüm sübutlardan biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.