Cəmiyyət

Mingəçevirdə nəvə marketdə 76 yaşlı nənəsini döyüb

17 May 2018 08:10
6 Şərh     Baxış: 1 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində nəvə münaqişə zəminində nənəsinə xəsarət yetirib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin iri marketlərindən birində baş verib.

1942-ci il təvəllüdlü şəhər sakini Zeynalova Vəsilə İsmayıl qızı mübahisə və münaqişə zəminində təqribən 30- 35 yaşlı nəvəsi Cavidan tərəfindən döyülərək xəsarət alıb. Onun qadının əllərini dişləndiyi də bildirilir. Nəticədə yaşlı qadın hər iki qol saitindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı öncə yaşdığı Şəfəq küçəsi, 43 ünvanına aparılıb. Daha sonra ora çağırılan tibbi yardım briqadası nənəyə yerindəcə gərəkli tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.