Cəmiyyət

Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb

17 May 2018 08:48
0 Şərh     Baxış: 1 027

Bakının Səbail rayonunda yerləşən Mərkəzi Nəbatət Bağında orta yaşlı kişi ölümcül döyülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Əliyev Orxan Cəbrayıl oğlu tanışı ilə mübahisə edib.

Tərəflər mübahisəni Mərkəzi Nəbatət Bağında davam etdiriblər. Nəticədə O.Əliyev döyülərək ağır bədən xəsarətləri alıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Məlumata görə, davada iştirak edən bir nəfər saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.