Cəmiyyət

İtkin düşmüş alpinistlərin meyiti morqa gətirilib - FOTO

17 May 2018 07:15
13 Şərh     Baxış: 9 737

Qubada itkin düşmüş alpinistlərin meyiti Rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, onların meyiti müayinə olumaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə, daha sonra isə ailələrinə təhvil veriləcək.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşının bildirdiyinə görə, alpinistlərin meyitləri axtarış qərargahından 6 km aralıda tapılıb. Onun sözlərinə görə. İlk olaraq Hüseynov Babur Vaqif oğlu, ardınca isə Cəbrayılzadə Fəridə Zəbiyulla qızı və Bünyatzadə Namin Nizami oğlunun meyiti aşkar ehdilib.

FHN əməkdaşı bildirib ki, meyitlər tanınan haldadır.

Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Спартак · 17 May 07:2170

    Allah rehmər eləsin

    Cavab yaz
  • Anonim
    $.$.$. · 17 May 07:4461

    Cox uzuldum səhər səhər bu acı bəd xəbərə. Allah rəhmət etsin . ailələrinə səbr dözum arzulayıram. Nur icində yatasınız!

    Cavab yaz
  • Anonim
    Şerhçi · 17 May 08:0740

    Allah Rehmet etsin size.çox üzüldüm.hamimiz sizin saĝ salamat geri dönmeyinizi gözlüyürdük.Allah yaxinlariniza sebir versin.Amin.

    Cavab yaz
  • Anonim
    Dunya · 17 May 08:1130

    Çox pis oldum:((

    Cavab yaz
  • Anonim
    Roya · 17 May 08:1450

    Allah rehmet elesin.Orda ne isleri var idi demeyecem cunki,isleri o idi.Qismet bele imis.Allah ailesine sebr versin.

    Cavab yaz
  • Anonim
    Damla · 17 May 08:3920

    Allah Rehmet elesin,dogmalarina sebr versin.

    Cavab yaz
  • Anonim
    aea · 17 May 08:5830

    Allah rəhmət eləsin. Yaxşı oldu ki, meyidləri tapıldı... Allah ailələrinə səbr versin...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 May 09:0651

    Allah rehmet elesin ailelere cox eziyyet vermek olmaz 1000 dene ekspertiza reyi o ailelerin kederin aradan goturmeyecek ölende geri qayitmayacaq

    Cavab yaz
  • Anonim
    xanim · 17 May 09:1220

    6 ay ke,ib onsuz da sağ tapılacaqlarına ümid yox idi.... Yenə də adam pis olur Allah rəhmət eləsin

    Cavab yaz
  • Anonim
    Sevda · 17 May 09:2010

    Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Radar · 17 May 09:2510

    Allah rəhmət eləsin (((((

    Cavab yaz
  • Anonim
    Jale Kazimzulfu qarli · 17 May 10:5910

    Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Aygun · 17 May 13:3510

    Allah Rehmet elesin Yerleri Cennetde olsun Inshaallah Allah Ailelerine Sebr Versin Amin InshaAllah

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.