Cəmiyyət

Müqəddəs Ramazan ayı başladı

17 May 2018 00:02
7 Şərh     Baxış: 5 345

Mayın 17-si müqəddəs Ramazan ayının ilk günüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə mayın 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs kitabımızda bu İlahi əmr barədə belə buyurulur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar" ("Bəqərə", 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Oruc (insanı) cəhənnəm odundan qoruyan bir qalxandır".

Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir.

Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir".

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları əfv edən Allah!"

Allah orucunuzu qəbul etsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Nizi · 17 May 00:1340

    Ramazan ayi xosh gelib. Allah tutduqumuz oruclari qebul etsin.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 May 00:2011

    Allah haminin Oruc ve dualarin qebul etsin Muqeddes ayimiz mubarek qedemli olsun

    Cavab yaz
  • Anonim
    */* · 17 May 00:2110

    Xow geldi Ramazan ayi.Nedense kovreldim..Allah haminin oruc-namazini qebul etsin amin.Men oruc tutmuram,bilmek isterdim gundelik Oruc dualarini da olsa oxuya bileremmi?(Yuxarida tercumesiyle birge yazilan)

    Cavab yaz
  • Anonim
    ASİ · 17 May 00:5610

    InweAllah deyerek niyyet edib tutdugumuz orucun evezini gelen il Ramazanda cox wukur Allahim niyyetimiz gercek oldu demeyi nesib eyle bizlere Allahım

    Cavab yaz
    • Anonim
      $.$.$ · 17 May 08:3311

      Asi xanım salam.Allah həm Sizin həm də bizlərin niyyətlərini qəbul etsin.tutduqumuz orucu qəbul etsin inşallah. Ölkəmizdə sulh əminamanlıq olsun. Amin amin amin!

      Cavab yaz
  • Anonim
    Şems * · 17 May 08:3330

    Ramazan ayınız mübarek .! Allah her kesin orucunu , ibadetini qebul etsin , İnşeAllah. AMİN.

    Cavab yaz
  • Anonim
    ASİ · 17 May 13:3501

    $.$.$• cox sag ol. Rebbim ona acilan ellerimizi naumid geri qaytarmasin. Amma men sizin Asi xanim deyilen, men ASİ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.