Cəmiyyət

Rövşən Rzayev Bakıda sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb

16 May 2018 23:16
3 Şərh     Baxış: 1 480

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 16-da Dövlət Komitəsinin sədr müavinləri ilə birgə Bakının Xəzər rayonunda bir neçə sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, sədr məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub, sakinlərlə söhbət edib, qayğılarını dinləyib, suallarını cavablandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Rövşən Rzayev qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində addımlar atılacağını qeyd edib.

Daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemil şəkildə işlər həyata keçirildiyini bildirib.

O,digər rayon və şəhərlərdə də məcburi köçkünlərlə bu cür görüşlərin nəzərdə tutulduğunu vurğulayıb.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Yataqxana sakini · 17 May 09:4300

    Hörmətli Rövşən Rzayev cənabları, Sizdən xahiş edirik ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2 də yerləşən 17 saylı yataqxanaya da gəlin. Həyatimiz təhlükədədir.

    Cavab yaz
  • Anonim
    Nüşabə Ağayeva · 17 May 10:0100

    Abşeron sanatoriyasındakı qaçqınlar çox pis vəziyyətdə yaşayırlar

    Cavab yaz
  • Anonim
    Sakin · 17 May 10:0400

    Xahiş edirik Abşeron sanatoriyasında yaşayan qaçqınların vəziyyətlərini nəzə alın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.