Cəmiyyət

Sabahdan müqəddəs Ramazan ayı başlayır - VİDEO

16 May 2018 22:44
4 Şərh     Baxış: 2 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədə dincəlir, ruh qidalanır. Sabahdan müqəddəs Ramazan ayı başlayır.

12 ayın sultanı olan bu ayda oruc tutmaq hər bir müsəlmanın borcu sayılır. Milli.Az bildirir ki, ilahiyyatçılar deyirlər ki, Ramazan ayı insanın həm fiziki, həm də mənəvi paklıq ayı hesab edilir.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, oruc tutmaq hər bir müsəlmanın üzərinə vəzifə kimi qoyulsa da, bəzi kateqoriyadan olan şəxslər oruc tutmaya bilərlər.

Bundan başqa, həddi-büluğa çatmayan uşaqlara da oruc tutmaq fərz hesab olunmur. Rahatlıq dini olan islamda hansısa işlə əlaqədar qonaq kimi uzaq səfərə gedən şəxslər də səfər bitənədək oruc tutmaya bilərlər. Ancaq onlar geri qayıtdıqdan sonra oruc tutmağa davam etməli və tutmadıqları orucların qəzasını tutmalıdırlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sabahdan müqəddəs Ramazan ayı başlayır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.