Cəmiyyət

Azərbaycanda evlənənlərin də sayı azalıb, boşananların da

16 May 2018 22:17
2 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bu ilin yanvar-mart aylarında boşananların və evlənənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda evlənənlərin sayı 13305, boşananların sayı 3611 nəfər olub.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 373 nəfər az) nikaha daxil olub. Bu ilin yanvar-mart aylarında 3556 nəfər boşanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 nəfər azdır.

Bu il ərzində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.