Cəmiyyət

Sağlamlığa zərərli olan məhsullar Azərbaycana gətirilib? - RƏSMİ AÇIQLAMA - VİDEO

16 May 2018 22:22
0 Şərh     Baxış: 2 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyədən insan sağlamlığı üçün yararsız hesab edilən qidalar Azərbaycana idxal edilməyib". Milli.Az bildirir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı yerli qurumlar tərəfindən də araşdırma aparılıb:

"Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyinin rəsmi internet səhifəsində həmin məhsullar sərgilənmişdi. Bildirilmişdi ki, həmin məhsullar insan qidası üçün yararsız olduğuna görə onların Türkiyədən ixracı qadağan edilib. Azərbaycandakı müvafiq qurumlarla əlaqə saxladıq. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyindən bizə daxil olan məlumata əsasən idxal prosesində həmin məhsulların heç biri aşkarlanmayıb. Buna baxmayaraq, bizim tərəfimizdən ticarət şəbəkələrində də monitorinq aparıldı. Azərbaycan ticarət şəbəkələrində həmin məhsulların satışı qeydə alınmadı". /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sağlamlığa zərərli olan məhsullar Azərbaycana gətirilib?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.