Cəmiyyət

Diabet xəstələrinə cihaz və dərman verilmir - VİDEO

16 May 2018 21:59
3 Şərh     Baxış: 2 310

Şəkərli diabetdən əziyyət çəkən vətəndaşlara diabeti ölçən cihazlar və ''siafor'' dərmanı verilmir. Milli.Az bildirir ki, paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən 39 nömrəli şəhər poliklinikasında belə hal yaşanır. Bu xəstəlikdən əziyyət çəkən vətəndaşların sözlərinə görə, bir müddətdir onlara dövlət tərəfindən pulsuz verilməli olan ''siafor'' dərmanını ala bilmirlər.

Şəkərli diabet xəstələrinin problemi təkcə bununla bitmir. Vətəndaşlar iddia edirlər ki, poliklinikada Səhiyyə Nazirliyi tərəfindən pulsuz paylanan şəkərli diabeti ölçən cihazlar da onlara verilmir.

39 nömrəli şəhər poliklinikasının həkimi Ramiyə Quliyeva da xəstələrə ''siafor'' dərmanının verilməməsini təsdiq etdi.

Şəkərli diabeti ölçən cihazların verilməməsi məsələsinə gəlincə isə, Ramiyə Quliyeva bildirdi ki, bir müddət bu cihazların verilməsində problem yaransa da, hazırda problem aradan qaldırılıb.

Adıçəkilən poliklinikada 1205 şəkərli diabet xəstəsi qeydiyyatdadır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Diabet xəstələrinə cihaz və dərman verilmir

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Gülüm · 17 May 08:4100

    Nəyə görə mənim şərhimi vermirsiniz? Mənlə qəsdiniz var???

    Cavab yaz
  • Anonim
    QD · 17 May 09:5610

    Xətai rayonu 38 saylı poliklinikada qeydiyatdayam. Çox bərbad vəziyyət var. Kart verilib ancaq saatlarla növbə gözləyirik. Bundan əlavə şəkər ölçmə aparatı test almaq müşgül məsələdi. sağlam adam o növbədə şəkər tapar. Səhiyə nazirliyi nə vaxt bu məsələni düzəldəçək görəsən.

    Cavab yaz
  • Anonim
    Kanan · 17 May 10:2720

    Başa düşmədim verilməlidi ki? Bura Azərbaycandı ye.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.