Cəmiyyət

DİQQƏT! Telefonlarınız bu xəstəliklərə yol aça bilər – VİDEO – FOTO

16 May 2018 20:45
0 Şərh     Baxış: 3 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik istifadə etdiyimiz, saatlarla əlimizdən düşməyən mobil telefonlar mikrob daşıyıcısıdır.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Mütəxəsisslərin də apardığı araşdırma nəticəsində bu, bir daha təsdiqini tapıb. Telefonda o qədər bakteriya var ki, ağlınıza gələcək ən çirkli yerlərdən daha çoxdur. Əksər telefon istifadəçiləri isə buna, demək olar ki, əhəmiyyət vermir.

Nəcməddin Dadaşzadə - Sakin: "Xeyr, belə vaxt olmur onun təmizliyinə fikir verməyə".

Səfər Yaqubzadə - Sakin: "Elə adamlar olur təmizləmirlər neçə vaxtdı, mikroblar olur".

Fəxriyyə Dadaşova - sakin: "Xeyr, təmizliyə arabir baxırıq. Belə çox da önəmli deyil".

Həmçinin mobil telefonlarda qızılı stafilakok bakteriyası da aşkarlanıb. Bu bakteriya isə insan sağlamlığı üçün real təhlükədir.

Nərmin Salayeva - Terapevt: "Əlimizdə daim üzümüzlə təmasda olduğu üçün bir çox infeksiya, xəstəliklərin də yayılma vasitəsi sayılır. Sözsüz ki, gigiyenik baxımdan riayət olunmadıqda xəstəliklərə yön göstərir. Belə ki, misal üçün, deyə bilərik ki, tənəffüs sistemi yolxucu xəstəliklərinə deyə bilərik ki, qripin, vərəmin yayılmasına yol göstərir. Dəri xəstəliklərindən göbələk xəstəlikləri, allergiya xəstəlikləri, ekzema xəstəliklərinə də yön göstərir.

Ən yaxşı halda telefonun üz səthini yalnız barmaq ləkələrindən təmizləmək üçün quru dəsmaldan istifadə olunur. Belə olan halda isə telefonun korpusunda olan mikroblar tam olaraq  təmizlənmir.

Alim Zeynalov - sakin: "Axırıncı dəfə hər gün təmizlənir də - Niyə təmizlənir? Çünki əlimiz tərləyir yağlı olur. Başqa birinə verəndə işlətməyə gərək siləsən, spirtləyəsən".

İradə Tağıyeva - sakin: "Heç yada düşmür, təmizləsək də, arada bir əl izi olanda salfetka ilə təmizləyirik".

Nərmin Salayeva - Terapevt: "Quru salfetlə sildikdə bakteriyalar onun üzərində qalır. Amma yaxşı olar ki, onun üzərində dezinfeksiya-antiseptik məhlullarla və yaxud antibakterial salfetlərlə silinsin".

Mütəxəsislər mobil telefonları həftədə ən azı 1 dəfə, mümkün olduqda isə hər gün təmizləməyi məsləhət görür.

Nəzərə alaq ki,mobil telefondan istifadə edən uşaqlarıın bakteriyaya yoluxma ehtimal daha çoxdur.

Nərmin Salayeva - Terapevt: "Uşaqlar həmin mobil telefon qurğularından istifadə etdikdə əllərini ağızlarına aparırlar, burun yollarına aparırlar. Deyə bilərik ki, burun yolları infeksiyalarına, ağız yollarında. Misal üçün, deyə bilərik ki, ötürürlər yolxucu xəstəlikləri birbaşa, qripin hətta qriplə yanaşı sətəlcəmin də biz uşaqlarda müşahidə edə bilərik".

Əslində isə gündəlik istifadə etdiyimiz bir çox əşyalar uzun müddət təmizlənmədikdə istifadəçinin bir sıra xəstəliklərə yoluxmasına səbəb olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mobil telefonlar mikrob dashiyicisi imish

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.