Cəmiyyət

700 bal toplayan abituriyent: "Heç bir hazırlıq kursuna getməmişəm"

16 May 2018 12:29
7 Şərh     Baxış: 4 921

Bu il II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. İmtahan nəticələrinə əsasən 700 bal toplayanların sayı dəqiq bəlli olmasa da, onlardan biri III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.

Milli.Az bildirir ki, ilk təəssüratlarını publika.az-la bölüşən Zeynəb Quluzadə uğurun heç də asan olmadığını deyib:

"Mən 700 bal toplamaq yox, hüquq fakültəsinə daxil olmaq üçün böyük əzmlə çalışmışam. Artıq seçimimi də etmişəm Azərbaycan Diplomatik Akademiyasında hüquq fakültəsini seçmişəm. Hüquqşünas olmaq arzum idi, bu arzuma çatmaq üçün də zəhmət çəkdim. Uğur qazanmaq üçün davamlı, sistemli oxumaq lazımdır. Onu da deyim ki, uğur qazanmaq heç də asan olmadı".

Z.Quluzadə heç bir hazırlıq kursu və ya repetitor yanına getmədiyini deyir:

"Məktəb dərslərini hər zaman çox yaxşı oxumuşam. Bizim məktəbdəki təhsil çox yaxşıdır, ona görə də əlavə hazırlığa ehtiyac yoxdur. Son illərdə isə özüm ixtisas qrupu üzrə fənlərdən keçdiklərimi təkrar edirdim, çətinliklərim olanda müəllimlərimlə məsləhətləşirdim".

Z.Quluzadə həm də Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbində vokal ifaçılığı üzrə də təhsil alıb:

"Hüquq və vokal mənim üçün çox dəyərlidir. Lakin ilk növbədə yaxşı hüquqşünas olmaq istəyirəm. Beynəlxalq hüquq, dünya ölkələrinin hüququnu dərindən öyrənmək istəyirəm. Gələcəkdə bu istiqamətdə xaricdə təhsil almaq planlarım var. Vokal isə hüquqdan sonra ikinci dəyərli sənət olacaq mənim üçün".

Qeyd edək ki, Z.Quluzadə həm də Respublika fənn olimpiadaları qaliblərindəndir. O, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə qızıl medalın sahibidir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    @@ · 16 May 12:31127

    baslandi yalanci sozler/Repititorun cani ve verilen pullar sag olsun

    Cavab yaz
    • Anonim
      NUR · 16 May 14:1444

      esas savddir. olmayan yerde isteyir hazirlaw ister yox faydasi yoxdu

      Cavab yaz
  • Anonim
    mamuska · 16 May 12:4341

    gelin,ele demeyek.ele usaq taniyiram ki,illerle repetitor yanina gedib,amma imtahandan 20 bal yigib.fehm gozel seydir.bir de zehmet ve eziyyet cekib,bu gunku gun de behresini gorub.halal olsun,yollarin aciq olsun,Allah seni arzularina catdirsin.amin.verilen melumatlara gore 2ve 5-ci qruplar uzre imtahandan 7 nefer 700 bal yigiblar.bu il imtahan veren ve telebe adini qazanan butun abituriyentlere heyat yollarinda ugurlar arzulayiram

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 16 May 12:52915

    Oxuyan uşaq sifetinden bilinir.sade qızdır.bacım şeher mekteblerinin birinde praktikada idi.deyirki mektebli qızların 7- s yuxarı hamsının qaşı-üzü alınıb elebilki teze gelindiler.amma bu qız çox sade görsenir. Uğurları bol olsun.

    Cavab yaz
    • Anonim
      Muellime · 16 May 13:34125

      Yagmur a. Deyim sene bilesen/uzu gozu alinanlar arasinda praktikantlar doludu ,hamisini da mektebin heyetinde ,,adaxlilari,,gozleyir.Qizlar da bu muellimelerden oyrenir.Siz de ayiq olun/Qaldi bu qiza ;halaldi bele ushaqlara.

      Cavab yaz
  • Anonim
    Sevda · 16 May 13:4642

    Dünən olimpiadaçıların mükafatlandırma mərasimində gördüm bu qızı.Dünən sms gəlibmiş ki,700 bal yığıb.İnanın qız kövrəkmişdi,danışa da bilmirdi.Repetitor kütbeyin uşağın başına dərsi yerləşdirmir.O,kömək edir.oxumaq istəməyən yenə oxumayacaq.Qıza isə uğurlar arzulayıram.Birdən elə başa düşərsiz müəlliməyəm yox.Sadəcə düzünü dedim.

    Cavab yaz
  • Anonim
    Xatirə Bayramova · 16 May 16:4822

    Quzum, yüksək bal münasibəti ilə, tələbə adını qazanmaq münasibəti ilə təbrik edirəm. Amma......................................................... danışma ki, bişmiş toyuğun da gülməyi gəlsin.Hazırlıq kursuna getməsən də, milyon faiz repetitor yanına getmisən.Olmasın keçəl Həsən, olsun Həsən keçəl, sonucda ikisi də eyni şeydir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.