Cəmiyyət

Mərhum jurnalistin bacısı yeni mənzilin açarlarını aldı - FOTO

15 May 2018 23:37
1 Şərh     Baxış: 3 015

Xəbər verdiyimiz kimi, mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva Masazır qəsəbəsindəki məcburi köçkünlər şəhərciyində yeni mənzillə təmin olunub.

Milli.Az modern.az-a istinadən bildirir ki, mayın 15-də mənzilin açarı Sevinc Əliyevaya təqüdim olunub.

"Cənab Prezidentimiz İlham Əliyevə və "Qaçqınkom"un sədri Rövşən Rzayevə məni evlə təmin etdiklərinə görə təşəkkür edirəm.Çətin günümdə mənim yanımda olan jurnalistlərə minnətdaram", deyə S.Əliyeva bildirib.

O, sosial şəbəkədə yeni mənzilinin şəkillərini də paylaşıb.

Xatırladaq ki, bu ilin 21 martında mərhum jurnalistin bacısının Pirşağı qəsəbəsi "Məşəl" düşərgəsindəki mənzili yanaraq kül olub. Bundan sonra kirayədə yaşayan Sevinc Əliyeva maddi və mənəvi problemlərlə üzləşib.

Evsiz qalan xanım nəhayət ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin tapşırığı ilə mənzillə təmin olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Narcis · 16 May 00:2600

    Cow wukur.tebrikler salamat yawayasiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.