Cəmiyyət

Azərros prezidentindən ŞOK SÖZLƏR: Əcəb edib qızını erməniyə verib

15 May 2018 22:48
19 Şərh     Baxış: 9 032

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəstəkləyib.

Milli.Az diaspor.az-a istinadən xəbər verir ki, ona olan ictimai qınaqdan sonra qızını erməniyə ərə verən diaspor sədri Ağadadaş Kərimov yığıncaq keçirib.

A.Kərimov yığıncaqda erməni ilə qohum olmasına bir daha haqq qazandıraraq özünü bu bu qohumluq əlaqələrində qız tərəfi kimi gördüyünə görə fəxr etdiyini bildirib.

Yığıncaqda öz tərəfdarlarını başına toplayan Kərimov Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb. Qızının və kürəkəninin toyunda iştirak etmədiyini qeyd edən erməninin azərbaycanlı qudası məhz toyda iştirak etmədiyinə görə, peşiman olduğunu bildirib:

"Mən etiraf edirəm ki, qızım və kürəkənimin toyunda iştirak etməmişəm. Amma kaş ki, iştirak edərdim. Mənim ailəm mənə məxsusdur. Mən ailəmi heç bir halda tərk edən deyiləm. Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun".

Yığıncaqda iştirak edən Rövşən Əliyev (red: Ağdadaş Kərimovun yaxın dostu) isə dostu Kərimova etirazını bildirib. O, Kərimovun ermənilərlə dostluq və qohumluq münasibətlərinin peyda olduğuna görə hədələndiyini, təhdid olunduğunu vurğulayıb. Kərimov isə bu yanaşmasına görə dostuna etiraz edərək onun yığıncağı tərk etməsini tələb edib.

Yığıncaqda iştirak edən digər azərbaycanlıların adı saytımıza məlum olsa da, biz onların təhlükəsizliyini və şəxsi həyatlarında yarana biləcək problemləri nəzərə alaraq qeyd etmirik.

Ən maraqlısı odur ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadiqova qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırıb. M.Sadıqova Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakaterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib: "Düşünürəm ki, kimsə A.Kərimovun yerinə göz dikib deyə, onun vəzifəsindən kənarlaşdırılmasına cəhd göstərir. Buradan demək istəyirəm ki, kimin kimə ərə getməsi jurnalistlərin müzakirə edəcəyi mövzu deyil. Bu nikah mərasimi, eyni zamanda, Azərbaycan dövlətinin, hakimiyyətinin və xalqınında müzakirə mövzusuna çevrilməməlidir. A.Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib. Mən sevənlərin arasına müdaxilə etməyə qarşıyam. Sevgi azaddır. Heç kəs sevgiyə qarşı olmamalıdır. Bununla yanaşı, erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki biz tarixən mehriban xalq olaraq yaşamışıq".

Məlumata görə, M.Sadıqovanın da ermənilərə qarşı xüsusi simpatiyası mövcuddur. Eyni zamanda, Sadıqovanın da ailə üzvlərinin və yaxın qohumlarının digər millətlərlə qohumluq münasibətlərinin olduğu qeyd olunur. Eyni zamanda, onun idarəetmə bacarığına malik olmadığı xüsusi olaraq bildirilir. Həmçinin, Sadıqovanın ailə idarəetməsində başarısız olduğu əsas gətirilərək onun böyük bir təşkilata rəhbərlik etməsinin uğursuzluqla nəticələnəcəyi vurğulanır.

Qeyd edək ki, Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar və söz sahibi olan azərbaycanlı diaspor nümayəndələri arasında A.Kərimovun və M.Sadıqovanın vəzifələrinin öhdəsindən gələ bilmədikləri müzakirə mövzusuna çevrilib. Yaxın günlərdə Rusiyada yaşayan azərbaycanlıların M.Sadıqovaya və A.Kərimova etiraz əlaməti olaraq, aksiya keçirəcəkləri bildirilir. Etirazçıların bununla bağlı bir araya gəlib müvafiq bəyannamə qəbul edəcəyi və hər iki şəxsin istefa verməsini tələb edəcəyi vurğulanır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Heybet · 15 May 23:34121

    Her weyi goyuram giraga. Amma eceb eleyirem sozu kiwiye yarawmaz.

    Cavab yaz
    • Anonim
      Filiz · 16 May 08:1830

      Bunlarda ermenidir .ona gore bele rahat dansiirlar .haram olsun size bu torpaqin coreyi

      Cavab yaz
  • Anonim
    asi · 15 May 23:56221

    Süd verərkən doğma anam belə demişdir mənə: Səni qurban bəsləyirəm türk yurduna-- Vətənə! Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut, Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut! Sənin sevgin Vətən olsun, millət olsun, mən olum, Südüm sənə haram olsun xəyanət etsən, oğlum! Necə susum, danışmayım, mən eləyim xəyanət? Hanı sevgi, hanı Vətən, di harada qaldı millət?!.....Ə.Cavad... Və harda qaldı Əhməd Cavadlar??((

    Cavab yaz
    • Anonim
      Daglı · 16 May 16:3120

      Şerə görə çox-çox sag ol! O kişilər hamısı köhlən atlara minib getdilər.İmkan olanda mənim ruh əkizimdən də şerlər paylaş, A.Yıldırım babadan.

      Cavab yaz
      • Anonim
        asi · 16 May 23:5100

        Yeri gəlmişkən bu şeirin maraqlı tarixcəsi var..Uzun illər bir insanın beynində " məhkumluq" həyatı yaşayıb..Son zamanlarda azadlığa çıxa bilib..Oxuyarkən çox təsir etmişdi..

        Cavab yaz
  • Anonim
    mamuska · 16 May 00:18120

    ilk defe saytda bu xeber gedende men-bu adam nece diaspora sedri ola biler,Xocali soyqirimi haqqinda dunyaya ne catdira biler-deye yazdigim serhi vermediniz.indiki xeberi ise 3 gun qabaq basqa saytda oxudum ve aci-aci guldum...ozu ermeni ile evlenmis birisi artiq ermenilesib,ati atin yanina baglarsan meseli yada dusur...dedikleri de buna eyani subut...menim qardasim,ne de yoldasim Qarabagli deyiller,amma biri sehiddir,digeri ll qrup muharibe elili...oglum da Fizulide on cebhede,sengerde esgerliyini cekib, olumden donub.yaninda partlayan minanin dalgasi oglumu goturub atmisdi. ciziqlarla ordan mocuze seklinde sag qalmisdi.yeni demek isteyirem ki, insanda qeyret yaxsi seydi.qeyretini itiren sexs ucun Sabir gozel deyib-millet nece tarac olur olsun,ne isim var

    Cavab yaz
  • Anonim
    Anonimka · 16 May 00:5290

    Birindən soruşurlar: Haralısan? Deyir: Hələ evlənməmişəm. Bunun özü erməni alıb, daha nə gözləyək?!! Ay dünyadan bixəbər, bugünü üçün yaşayan.... Mənim 7 yaşlı oğlum bilir ki, ermənilər Azərbaycan torpağında dövlət qurub ( Rusiyanın köməyi ilə) yaşayırlar, heç olmasa tarix oxu. Bunun kimilərin diasporada nə işi var?

    Cavab yaz
  • Anonim
    Nara · 16 May 01:05100

    Qenim olsun size orda oldurulen cavan cavan olenlerin ruhu.o ezablarla tike parca olan korpekerin ruhu.analarin feryadi.qenim olsun.Allah sene qenim olsun.

    Cavab yaz
  • Anonim
    Qarabagli · 16 May 01:1480

    Gunah onlari arasdirmiyib o vezifelere qoyanlardadi.bize buda azdi.xocalini unudanlar bilsin ki o masum korpelürin ahi tutacag birgun

    Cavab yaz
  • Anonim
    Qarabagli · 16 May 01:1510

    Ffgg

    Cavab yaz
  • Anonim
    Sumqayitli · 16 May 03:3870

    Bu cur dusunen beyinlerin olmasi cox acinacaqlidi ozude selahiyyetli sexslerdi

    Cavab yaz
  • Anonim
    - Hə · 16 May 06:4090

    Bunlar özüdə xarici ölkədə AZƏRBAYCANI təbliğ edirlər, gör indi bunlar bizim millətin əleyhinə nələr ediblər. Qənim olsun sizə XOCALIDA GÖZÜ AÇIQ ŞƏHİD OLAN KÖRPƏLƏR.

    Cavab yaz
  • Anonim
    ....... · 16 May 08:0730

    Belə belə işlər......hələ qarşida bizləri nə gözləyir təsəvvür etmək çox çətindir.....gəldik belə yerlərə çatdiq...heyf ...heyf.....bir kəlmə....bu torpağin suyu çörəyi vətənə üz döndərənləri tutsun....

    Cavab yaz
  • Anonim
    - · 16 May 09:1040

    Bes Xocalida olanlar nece unudular.Ar olsun bele insanlara.

    Cavab yaz
  • Anonim
    Qoca · 16 May 11:0300

    Cavab yaz
  • Anonim
    İntizar · 16 May 11:1730

    Xahiş edirəm, şərhimi verin gecədən yazmışam,. Həvəsim yoxdu təkrar yazmağa

    Cavab yaz
  • Anonim
    du er ikke alene · 16 May 12:3520

    hani menim werhim,niye vermeyibsiz?!

    Cavab yaz
    • Anonim
      S · 16 May 13:3310

      O lende seni.bu torpaqda basdirmaq.haramdir.seni.ermeniler.basdirar.onun.Azerbaycan. adını çekmeye.ixtiyari. yoxdur

      Cavab yaz
  • Anonim
    Ah · 16 May 23:4110

    Allah onların her iksine ermenilerin eliynen bala dağı göstersin. Allah bedbext eləsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.