Cəmiyyət

Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava

15 May 2018 22:13
1 Şərh     Baxış: 1 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.