Cəmiyyət

Tərtərdə yol qəzası: ölən və yaralanan var

15 May 2018 21:56
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.