Cəmiyyət

Həyətində çətənə kolları, evindən isə tiryək tapılıb - VİDEO

15 May 2018 21:12
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan sakinindən 3 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Neftçala polisinin keçiridiyi əməliyyat nəticəsində isə xaş-xaş kolu əkib-becərən şəxs saxlanılıb.Daha bir uğurlu əməliyyatı isə paytaxtın Sabunçu rayonunun polis əməkdaşları keçirib.

Həyətində çətənə kolları, evindən isə tiryək tapılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Salyan rayon polisinin keçirdiyi əməliyyat zamanı rayon sakini Elburus Tağıyevin həyətyani sahəsində kültivasiya yolu ilə becərilən 4 ədəd çətənə kolu aşkar edilib.Daha sonra onu yaşadığı evə baxış keçirən polislər oradan külli miqdarda narkotik vastə olan tiryək aşkar edərək götürüblər.

Saxlanılan Elburus Tağıyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Neftçala polisi də əməliyyat keçirib.NəticədəHəsənabad qəsəbəsində47 yaşlı Tərlan Həsənovun yaşadığı fəradi yaşayıı evinin həyətyanı sahəsindən 540 ədəd xaş-xaş kolu götürülüb.

Bundan sonra Tərlan Həsənovun evindən dəçəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb.

Şübhəli şəxz qismində saxlanılan Tərlan Həsənovun əkib-becərdiyi narkotik maddələr maddi sübut kimi götürülüb.

Bakının Sabunçu rayonunda isə narkotik vasitələrin qanunsuz alqı-satqısını həyata keçirən şəxslər ifşa edilib.cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan balaxanı qəsəbə sakini əhməd əliyev tutulub. onun üzərindən 10,135 qram heroin aşkar olunaraq götürülüb. əməliyyat tədbirlərinin davamı olaraqəhməd əliyevin yaşadığı evdən əlavə olaraq satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 1 kiloqram 405 qram heroin aşkar olunaraq götürülüb.faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həyətində çətənə kolları, evindən isə tiryək tapılıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.