Cəmiyyət

RƏSMİ: Ramazan ayında saxta təqvimlərlə bağlı bütün hüquqi tədbirlər görüləcək

15 May 2018 19:15
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayında saxta təqvimlərin haradasa tətbiq olunduğu aşkar edilərsə, hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov Cəlilabadda keçirilən seminar zamanı deyib.

S.Heydərov Ramazan ayının başlanması münasibətilə seminar-müşavirə iştirakçılarını təbrik edərək deyib ki, Ramazan ayı birlik və vəhdət ayıdır. Bu ayda bütün müsəlmanlar birləşməli və Ramazan ayının fəzilətindən faydalanmalıdırlar: "Müəyyən qüvvələr bu ayda da parçalamaq, bölmək və təfriqə yoluna üz tuturlar və saxta təqvimlərin yayılmasına cəhd edirlər. Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı dini baxımdan bütün zəruri tədbirləri görür. DQİDK bununla əlaqədar Ramazan ayı ərzində ölkə üzrə məscidlərdə mütəmadi monitorinqlər təşkil edəcək. Bu saxta təqvimlərin haradasa tətbiq olunduğu aşkar edilərsə, hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək"".

Qeyd edək ki, DQİDK-nın təşkilatçılığı ilə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə "Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm" mövzusunda müzakirələr aparılıb.

Tədbirdə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri, bu qurumların Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Cəbrayıl rayonlarındakı yerli strukturlarının nümayəndələri, prokurorlar, ziyalılar və dindarlar iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.