Cəmiyyət

Həzrət İsanın Həzrət Məhdi barədə verdiyi müjdələr

17 May 2018 23:45
11 Şərh     Baxış: 2 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün Həzrət İsa (ə) İordaniyadan Beytul-müqəddəsə tərəf gedirdi. Yolda öz tərəfdaşlarına göstəriş verir ki, filan məkanda bir uzunqulaq vardır, onu mənim üçün gətirin. Onlar gedib həmin məkanda olan uzunqulağı gətirirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Həzrət İsa (ə) bu uzunqulağa minir və Qüds şəhərinə gedir. Orada ağır xəstə olan bir neçə nəfəri ziyarət edir və Allahın izni ilə onlara şəfa verir.

Sonra Beytul-müqəddəsə daxil olur.

Orada bəziləri Həzrətdən (ə) soruşurlar: "Ey Allahın Rəsulu! Bizə xəbər ver görək, dünyanın sonu necə olacaqdır?".

Həzrət İsa (ə) buyurur: "Sizə xəbər verirəm ki, məndən sonra peyğəmbər gələcəkdir ki, adı Əhməddir (s).

Onun övladlarından biri insanlar üzərində olan hüccət olacaqdır. O, qiyam edəcək və zülmə bürünmüş dünyanı ədalətlə dolduracaqdır. Mən onun zamanında səmadan yerə enəcəyəm. Mənim zühurum, Qiyamətin zühurunun nişanəsi olacaqdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.