Cəmiyyət

Rusiyada gənc azərbaycanlı avtokarın altında qalaraq ölüb

14 May 2018 23:59
1 Şərh     Baxış: 2 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda 24 yaşlı Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə mayın 14-ü səhər saatlarında Vokzalnı küçəsində yerləşən şampan şərabı kombinatında malların boşaldılması zamanı baş verib.

İlkin məlumata görə, o, yük paletini boşaltdıqdan sonra avtokarı anbardan üzü aşağı doğru arxaya verməyə başlayıb. Hansısa məqamda avtokar yana aşmağa başlayıb. Sürücü maşından çıxmağa çalışsa da, bunu bacarmayıb. Onun baş nahiyəsi ağır maşının altında qalaraq əzilib.

Həkimlərin sözlərinə görə, "təcili yardım" maşını gələnədək, o, artıq həyatını itirib.

Mərhumun bir neçə gün əvvəl 24 yaşını qeyd etdiyi bildirilir.

Leninqrad vilayətinin İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.