Cəmiyyət

Azərbaycanlı tələbənin bu təklifi hamının işinə yarayacaq - VİDEO

14 May 2018 22:23
0 Şərh     Baxış: 18 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı tələbə, insanı kökəltməyən və şəkərli diabet xəstələrinin də istifadə edə biləcəyi "Stevia" adlı şəkərli bitkinin ölkəmizdə istehsalını təklif edir.

Milli.Az bildirir ki, "Made in Azerbaijan-3" biznes ideya müsabiqəsinə qatılan UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 3-cü kurs tələbəsi Eşqin Cəfərovun "Stevia" biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən biznes ideyada "Stevia" bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur.

Bitki subtropik iqlim qurşağına malik olan ölkələrdə əkilib-becərilir.

Şəkər əvəzləyicisi olan "Stevia" şəkərli diabet xəstələrinin istifadəsi üçün olduqca effektivdir. Çünki şəkər tozundan 150 dəfə daha çox şirin olsa da, diabet xəstələrinin qanında şəkərin miqdarını artırmır.

Eşqin Cəfərov deyir ki, bitki Lənkəran və Bakıda bir neçə təsərrüfatda rejimdə əkilib. Nəticələrdən asılı olaraq yaxın illərdə Cənub zonasında 2 hektar ərazidə əkini planlaşdırılır. İqtisadi cəhətdən də bitkinin əkini əlverişlidir.

Bitkinin ölkəmizdə iqlim şəraitinə necə uyğunlaşacağı maraqla gözlənilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı tələbənin bu təklifi hamının işinə yarayacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.