Cəmiyyət

Günəbaxan tumlarını niyə Argentina, Braziliya, Rusiya və Ukraynadan alırıq?

14 May 2018 21:06
1 Şərh     Baxış: 1 409

Azərbaycanda günəbaxan yağı istehsal etmək üçün xammal o qədər də əlverişli deyil.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov deyib.

Qurum rəsmisi eyni zamanda əlavə edib ki, Azərbaycanda günəbaxan sahələri də azdır: "Azərbaycanda ümumiyyətlə günəbaxan yağı üçün xammal istehsalı o qədər inkişaf etməyib. Ona görə də biz xam yağı dünya bazarından, əsasən Argentina, Braziliya, Rusiya və Ukraynadan alırıq. Xammal bizə gətirilir, yoxlanılır və yüksək keyfiyyətlə istehsal olunur. Zavodun 270 min ton istehsal gücü var. Azərbaycanın günəbaxan yağına olan tələbatı təxminən 180 min tondur. Azərbaycanın daxili tələbatını ödəyəndən sonra yaxın xarici ölkələrə də yağ ixrac edirik. Gürcüstana, Rusiyanın bəzi hissələri və Yaxın Şərqə yağ ixrac edirik".

A.Səfərov qeyd edib ki, Azərbaycanda istehsal olunan günəbaxanın yağlılığı o qədər də yüksək deyil: "Ona görə də biz ölkədə günəbaxan sahələri salmağı planlaşdırmırıq. Yağlılıq az olduğu üçün də ölkədə xammal istehsal etmək çətindir. Onda biz rəqabətdə digər ölkələrə uduzacağıq".

Kənd Təsərrüfatı Nazirliyindən isə Trend-ə bildiriblər ki, 2016-cı illə müqayisədə ötən il günəbaxan sahələri iki dəfəyə yaxın artırılıb: "Günəbaxan əsasən Goranboy və Samuxda becərilir. Digər rayonlarda da var. 2017-ci ildə 14,9 min hektar sahədə günəbaxan əkilib. Ötən il noyabrın 1-ə qədər 30 min ton günəbaxan istehsal olunub. 2016-cı ildə isə 8,2 min hektar günəbaxan sahəsi əkilib".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ZM · 15 May 01:3900

    Hörmətli iş adamı xalq üçün daxili məhsul emal etmək daha sərfəli olar .Günəbaxan ının yağlılığını artırmaq üçün işlər görmək lazımdır. Toxumunu dəyişdirmək yəni başqa sortlara keçmək və s.etmək olmazmı ?? Kənardan gətirmək baha başa gəlir. Almaq olmur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.