Cəmiyyət

Məşhur kardioloqdan orucluqla bağlı VACİB TÖVSİYƏLƏR

14 May 2018 23:48
0 Şərh     Baxış: 6 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Professor Canan Karatay müqəddəs Ramazan orucu ilə bağlı məsləhətlər verib.

Milli.Az xəbər verir ki, kardioloq Ramazan ayının Karatay prinsiplərinə çox yaxın olduğunu vurğulayıb:

"Karatayda gündə iki dəfə qidalanma var. Bu qidalanma prinsiplərinə əsasən gündə iki dəfə yaxşı, təbii məhsullar və yetəri qədər yemək lazımdır. İmsak - səhər yeməyi deməkdir. Səhər yeməyi süfrəsində yumurta, kərə yağı, zeytun, fındıq, fıstıq və çay olmalıdır. Amma çay, qəhvə və südü şəkərsiz için. Həmçinin bol su qəbul edin".

Həkim bildirib ki, kök və qaraciyər yağlanması problemi olan insanlar xəmir xörəklərindən uzaq durmalıdır.

Elmlər doktoru ürək xəstəlikləri ilə bağlı açıqlamalar da verib. Ürək xəstəliklərinin son 31 il ərzində 400, astma xəstəliklərinin 4000, xroniki bronxit xəstəliyinin isə 800 dəfə artdığından bəhs edən Karatay sözlərinə bunları əlavə edib:

"Amerika Ürək Assosiasiyası iki yaşına qədər olan uşaqlara şəkər verilməyi qadağan edir. İki yaşından kiçik uşaqlara şəkər verdiyiniz zaman gələcəkdə ürək xəstəliyindən əziyyət çəkirlər. Dünya Səhiyyə Təşkilatı da şəkərə qarşı çox böyük savaş açıb. Yediyimiz, içdiyimiz bütün şəkərlər qanda şəkərin miqdarını yüksəldir. Qanda şəkərin miqdarının yüksəlməsi isə orqanizmimizin hər bir hüceyrəsi üçün zəhər deməkdir. Bədənimiz sizdən və məndən ağıllıdır. Orqanizm özünü qoruya bilir. Dərman qəbul edəndə xəstələnməyəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Bunların hamısı hekayədir. Dərmanlar bizi heç vaxt heç bir xəstəlikdən qorumur. Orqanizmi zərərli məhsullardan uzaq tutsaq, o özünü qoruyar".

Verdiyi açıqlamalar ilə tibb dünyasını təəccübləndirən kardioloq və məşhur professor maraqlı fikirləri ilə yenidən müzakirə mövzusu olub. Karatayın sözlərinə görə, ət basdırmasını çiy halda yemək lazımdır.

Onun bu fikirləri çoxlarını təəccübləndirib:

"Kənd yumurtası ilə bişirilən basdırma insan sağlamlığı üçün çox faydalıdır". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.