Cəmiyyət

Möminin 4 sifəti. Günahı yaxşılığa çevirən 4 xüsusiyyət

15 May 2018 23:10
0 Şərh     Baxış: 1 183

İmam Əli (ə) buyurur: "Mömin davamlı olaraq:

1. Allahı yada salar.

2. Çoxlu təfəkkür edər.

3. Nemətə şükür edər.

4. Giriftarlıqda səbirlidir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dörd şey günahı həsənəyə çevirər - onları tanıyaq.

Həzrət Peyğəmbər (s) isə buyurur: "Dörd şey vardır ki, günahı həsənəyə çevirir:

1. Düz danışmaq.

2. Həya.

3. Xoş əxlaq.

4. Allahın şükrünü yerinə yetirmək".

İmanın kamilləşməsi ilə bağlı İmam Sadiq (ə) buyurur: "Üç sifət kimdə olarsa, imanı kamil olar:

1. O kəs ki, zülmə səbir edər.

2. Qəzəbini yatızdırar və bu (əməli) Allaha tapşırar.

3. (Zalımı) bağışlayar.

O kəslərdən olar ki, Allah onu behiştə daxil edər".

Qeyd etmək lazımdır ki, burada söhbət fərdi zülmdən, yəni bir insanın digərini məişət müstəvisində incitməsindən gedir.

Ən səxavətli və ən bağışlayan insanı tanıdan hədisdə İmam Hüseyn (ə) buyurur: "Ən səxavətli insan o kəsdir ki, ona ümid bəsləməyənə yardım göstərər. Ən bağışlayan insan o kəsdir ki, intiqam almaq qüdrəti olduğu halda güzəşt edər. Ən çox sileyi-rəhm edən şəxs o kəsdir ki, onunla rabitəni kəsənlə sileyi-rəhm edər".

Allah Təala bizləri bu xüsusiyyətləri yaşadanlardan qərar versin.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.