Cəmiyyət

“Təsnim” təfsiri kimə məxsusdur və hansı özəllikləri vardır?

15 May 2018 21:45
0 Şərh     Baxış: 249

Təsnim - cənnətdəki bulaqlardan birinin adıdır (Mütəffifin, 27). Həm də müasir dövrdə qələmə alınan Quran təfsirlərindən biri bu adı daşıyır. Təfsirin müəllifi böyük təfsir və əqaid mütəxəssisi Ayətullah əl-üzma Cavadi Amulidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, müəllif bu kitabı Əllamə Təbatəbainin "əl-Mizan" təfsirindən ilham alaraq qələmə aldığını qeyd edir. "Təsnim" təfsiri çox əhatəlidir. Onun təkcə birinci cildi təfsirin müqəddiməsini və Fatihə surəsini əhatə edir. Müəllif Quranın ilk 8 surəsini 32 cild həcmində təfsir etmişdir. "Təsnim" təfsiri Quranın Quranla təfsiri üslubunda yazılmışdır. Yeri gəldikcə mövzu barədə hədis və rəvayətlər də xatırlanır. Əsər üzərində iş hələ də davam edir. Kitabın tam həcmdə 80 cilddən ibarət olacağı planlaşdırılır. Belə ki, Quranın birinci yarısı (15 cüzün təfsiri) 50 cilddən, ikinci yarısı isə 30 cilddən ibarət olacaq.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.