Cəmiyyət

Avtomobillərdəki belə kondisionerlər sürücüləri ziyana sala bilər - VİDEO

8 May 2018 21:04
1 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaların isinməsi ilə bəzi sürücülər indidən avtomobillərdə kondisionerlərin istifadəsinə başlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, uzun müddət istifadə edilməyən kondisionerlərdə sonradan bir sıra problemlər üzə çıxa bilər.

Avtomobillərdə tez-tez rast gəlinən əsas problem isə kondisionerlərdə qazın azalmasıdır. Bəzi sürücülər buna əhəmiyyət verməsələr də, sonradan daha çox xərcə düşə bilərlər.

Kondisioner ustası Qabil Əliyev deyir ki, salon filtrlərinin təmizlənib, yenidən istifadəsi ümumiyyətlə məsləhət deyil. Həmin filtirlər mütləq yeniləri ilə əvəz edilməlidir. Kondisionerə isə ən azı iki ildən bir xüsusi aparatlar vasitəsilə qaz-freon vurulmalıdır.

Kondisioneri olmayan avtomobillərə də bu sistemin quraşdırılması mümkündür. Bu isə avtomobil sahibinə ən azı 1500 manata başa gəlir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobillərdəki belə kondisionerlər sürücüləri ziyana sala bilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.