Cəmiyyət

Bakının bütün mərkəzi hotellərində yerlər dolub

26 Aprel 2018 22:43
0 Şərh     Baxış: 1 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi hotellərin hamısında artıq yerlər tam dolub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, hotellərdə yerlər aprelin 26-dan 30-dək olan müddət üçün bronlaşdırılıb:

"Formula 1 yarışları Bakıda keçirildiyindən paytaxtdakı hotellərdə, xüsusilə mərkəzi hotellərdə yerlər dolub. Formula 1 yarışı dünyanın ən maraqlı, sevilən yarışlarından biri olduğundan müxtəlif ölkələrdən onun azarkeşi olan tuiristlər ölkəmizə gəlir".

N.Bağırov qeyd edib ki, Formula 1 yarışları ilə əlaqədar Bakıda bir çox əyləncəli tədbirlər həyata keçiriləcək. Buna görə də yarışa gələn qonaqların Azərbaycanda olacaqları müddətdə vaxtlarını regionlarda deyil, daha çox Bakıda keçirəcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 27-29-da Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.