Cəmiyyət

Getməyə yeri olmayan qadına avtobus sürücüsü kömək etdi - Bakıda - VİDEO

26 Aprel 2018 21:14
3 Şərh     Baxış: 2 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtobus sürücüsü nümunəvi addım atıb. Çarəsiz vəziyyətdə qalan qadın və azyaşlı övladı sürücünün köməyilə sığınacağa yerləşdirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə 65 nömrəli avtobusda yaşanıb. Son dayanacaqda bir qadın və azyaşlı qızın avtobusdan düşməməsi sürücünün diqqətini cəlb edib. Sürücü İntiqam Qasımov onlara yaxınlaşaraq vəziyyətləri ilə maraqlanıb.
Qadınla söhbətdən sonra sürücü onları sığınacağa yönləndirmək qərarına gəlib. Sərnişinlərdən biri də bu işdə sürücüyə yardım edib.
Cəlilabaddan qaçan Gülnarə adlı qadın və qızı Təmiz Dünya İctimai Birliyinin sığınacağına təhvil verilib. Sığınacağın direktoru Elnurə Zeynalova deyir ki, araşdırmalar zamanı məlum olub ki, qadın ailədaxli problemlərin qurbanı olub.
Qadın və azyaşlı qızı bir müddət sığınacaqda qaldıqdan sonra oranı tərk ediblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Getməyə yeri olmayan qadına avtobus sürücüsü kömək etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.