Cəmiyyət

Silah satmaq istəyərəkən yaxalandı - Bakıda - VİDEO

26 Aprel 2018 21:12
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Odlu silah satmaq istəyən şəxs iş başında yaxalanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Rayon polis idarəsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Əməliyyatçılar çox çəkməyib ki, Anar Hacıyevi silahı satmaq istəyən zaman tutublar. Onun əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd ''Kalaşnikov'' markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Anar Hacıyevdən aşkar edilən həmin silahla hər hansı bir cinayətin törədilməsi araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Silah satmaq istəyərəkən yaxalandı - Bakıda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.