Cəmiyyət

Bakıda 100-ə yaxın sakin qəzalı vəziyyətdə olan evlərdən köçürüldü - VİDEO

26 Aprel 2018 21:11
0 Şərh     Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 100-ə yaxın sakin qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürüldü. Onlara yeni tikilən binadan mənzillər veriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Xətai rayonu, Nobel porospektində, Zığ yolunun kənarında olan 2-3 mərtəbəli qəzalı vəziyyətdə olan bir neçə yaşayış binası sökülüb. Pilot layihəyə uyğun olaraq sakinlərlə razılığa gəlinib və onlar həmin evlərdən köçürülüblər. Sökülən binaların yerində müasir görkəmli yeni, 16 mərtəbəli yaşayış binası tikilir.

Tikinti şirkətinin nümayyəndəsi Ramin Sadıqovun sözlərinə görə, köçürülən sakinlər 18 ay müddətinə kirayə mənzillərə yerləşdirilib. Artıq tikilməkdə olan binada işlərin müəyyən hissəsi görülüb. Yaşayış binasının gələn il sakinlərin ixtiyarına verilməsi planlaşdırlır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 100-ə yaxın sakin qəzalı vəziyyətdə olan evlərdən köçürüldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.